ƏsasHaqqımızda
Şirkət haqqında

Haqqımızda

TECON — Azərbaycanda sənaye ölçmə cihazları, nəzarət-ölçü alətləri (NÖC) və sənaye armaturlarının etibarlı təchizatçısı.

Biz kimik?

“TECON” şirkəti sənaye ölçmə və avtomatlaşdırma sahəsində dünya lideri olan Endress+Hauser, İspaniyanın yüksək keyfiyyətli sənaye armatur istehsalçısı Genebre və instrumental klapanlar sahəsində qabaqcıl Panam Engineers brendlərinin Azərbaycandakı rəsmi distribyüteridir.

“TECON” 2024-cü ildən Azərbaycanda fəaliyyət göstərir və Nəzarət Ölçü Cihazları, klapanlar, sənaye və yüksək təzyiq armaturlarının təchizatı ilə məşğuldur. Texnoloji proseslərin avtomatlaşdırılması sahəsində bir çox mürəkkəb mühəndislik vəzifələrini effektiv şəkildə həll edən bir müəssisədir.

Şirkət daim inkişaf edir, qabaqcıl texnologiyalar və avadanlıqlarla təchizat imkanlarını genişləndirir. Müştərilərə yüksək keyfiyyətli məhsullar və peşəkar mühəndislik xidmətləri təqdim edir, məhsul çeşidini artırır və tərəfdaşlıq münasibətlərinə əsaslanır. Müştəri məmnuniyyəti TECON-un əsas prioritetidir. Təcrübəli və peşəkar komandamız yerli sənayenin ehtiyaclarına cavab verən tam həllər təqdim edir və sahəsində lider mövqeyini möhkəmləndirməyə çalışır.

Rəqəmlərlə TECON

2024
Fəaliyyət ili
3
Qlobal rəsmi brend
100%
Müştəri məmnuniyyəti
24/7
Texniki dəstək

Məqsədimiz

Tecon-un məqsədi — müştərilərinə yüksək keyfiyyətli sənaye ölçmə cihazları, klapanlar və mühəndislik həlləri təqdim etməkdir. Biz sənaye sahəsində qabaqcıl texnologiyaları və effektiv həlləri tətbiq etməklə, mükəmməllik və etibarlılıq prinsiplərinə sadiq qalırıq. Davamlı inkişaf və yenilikçilik sayəsində, sənayedə liderliyimizi qorumağı qarşıya məqsəd qoyuruq.

Quality & Excellence

Missiyamız

Missiyamız — sənaye proseslərini daha təhlükəsiz, dəqiq və səmərəli hala gətirən məhsullar təqdim etməkdir. Biz müştərilərimizə qabaqcıl həllər təklif edərək, əməkdaşlarımıza və sənayenin inkişafına dəyər qatırıq. Etibarlı tərəfdaş olaraq, müştəri məmnuniyyətini daima ön planda saxlayırıq.

Process Safety & Trust

Vizyonumuz

Tecon-un vizyonu — sənaye avtomatlaşdırılması və nəzarət-ölçü cihazları (NÖC) sahəsində ölkənin və regionun ən etibarlı tərəfdaşına çevrilməkdir. İnnovasiya və keyfiyyətə əsaslanaraq, müştərilərimizin ehtiyaclarını yüksək standartlarda qarşılamaq və sənaye proseslərini daha effektiv həyata keçirmək əsas hədəfimizdir.

Innovation & Leadership

Sənaye layihəniz üçün etibarlı tərəfdaş

Avadanlıqların mühəndislik layihənizə uyğun peşəkar seçimi və qiymət təklifi üçün bizimlə əlaqə saxlayın.

WhatsApp ilə Əlaqə